Ağsuda zəlzələ olub

11:02 21.03.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağsu rayonunda 3,5 maqnitudalı zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, yerli vaxtla saat 07:59-da Kürdəmir stansiyasından 17 km şərqdə, Ağsu rayonunda zəlzələ qeydə alınıb.

Ocağı 41 km dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.