Azərbaycan filmi Venesiya kinofestivalında təqdim olunub

21:43 08.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Banu” filmi 79-cu Venesiya kinofestivalında təqdim olunub.

Hafta.az xəbər verir ki, bu barədə filmin rejissoru və baş rolun ifaçısı Təhminə Rafaella premyeradan olan fotoları sosial media hesabında paylaşaraq yazıb.

Azərbaycan, İtaliya, Fransa və İranın birgə istehsalı olan ekran işində Əməkdar artist Mələk Abbaszadə, habelə Zaur Şəfiyev, Kəbirə Həşimli, Cəfər Həsən və Emin Əskərov rol alıblar.

Filmin prodüserliyini “Noori Pictures” şirkəti edib.

Qeyd edək ki, filmdəki hadisələr 44 günlük Vətən müharibəsi fonunda cərəyan edir.