Azərbaycan futzal millisi İsveçlə bərabərə qaldı

22:13 17.12.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Futzal üzrə Azərbaycan milli komandası bu gün Avro-2026-nın seçmə mərhələsində ilk oyununa çıxıb.

Hafta.az xəbər verir ki, Vitali Borisovun komandası 5-ci qrupda Bakıda İsveç yığmasını qəbul edib.

Bakı İdman Sarayında keçirilən oyun 3:3 hesablı heç-heçə ilə başa çatıb. 

Azərbaycan - İsveç - 3:3
Qollar: Oktay Rüstəmli, 4, 39, Xəzər Ağəlizadə, 23 - Hampus Furublad, 14, Fredrik Söderqvist, 33, Brayan Yohansson, 37

Bakı İdman Sarayı