Azərbaycan millisi FİFA reytinqində irəlilədi

16:37 17.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

FİFA milli komandaların yeni reytinq cəvdəlini açıqlayıb.

Hafta.az xəbər verir ki, Azərbaycan milli komandası (1142.25 xal) 1 pillə irəliləyərək 124-cü yerdən 123-cü pilləyə yüksəlib. 

Siyahıya İspaniya millisi (1880.76 xal) başçılıq edir.

DÇ-2026-nın seçmə mərhələsində milli komandamızın rəqibləri olan Fransa 3-cü (-1), Ukrayna 27-ci (+1), İslandiya isə əvvəlkitək 74-cü yeri tutur.