Azərbaycanda klassik musiqi festivalı keçiriləcək

17:59 11.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda 14 ölkənin iştirakı ilə Üzeyir Hacıbəyli Klassik Musiqi Festivalı keçiriləcək.

Hafta.az xəbər verir ki, bu barədə mədəniyyət naziri Anar Kərimov twiter hesabında bildirib.

Nazir qeyd edib ki, beynəlxalq festival 18-26 sentyabrda təşkil olunacaq. Festivalda 14 ölkədən musiqiçilər iştirak edəcək. Avstriya, Bolqarıstan, Almaniya, Gürcüstan, Fransa, Macarıstan, Yaponiya, Qazaxıstan, Norveç, Rusiya, Cənubi Koreya, Türkiyə, ABŞ, habelə yerli musiqiçilər Bakı, Gəncə, Bərdə, Ağcabədi və Şuşada çıxış edəcəklər.