Azərbaycandan seçilən BEŞ ƏN GÖZƏL QADIN

12:40 12.05.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Gözəl və istedadlı Azərbaycan xanımları təkcə Qafqazda deyil, bütün dünyada məşhurdurlar".

Hafta.az-ın yazdığına görə, bu sözlərin qeyd olunduğu məqalə pulse.mail.ru-da dərc olunub. Həmin məqalədə müəllif Azərbaycan qadınlarından beş gözəli seçərək sıralayır və haqlarında oxucuya kiçik də olsa məlumat verməyə çalışır. 

Leyla Bədirbəyli:

Sovet və Azərbaycan teatr və kino aktrisası. 1920-ci ildə Bakıda anadan olub. Atası Şəmkir bəylərinin nəslindən olub.

Qızın 16 yaşı olanda Azərbaycan Mahnı və Rəqs Ansamblının solisti seçilib. O, Azərbaycan Dövlət Dram Teatrı rəhbərliyinin dəvəti ilə sonra 6 il orada çalışıb. O, Mehdi Məmmədov, Adil İsgəndərov kimi tanınmış simalarla eyni səhnəni paylaşıb. Populyarlığının zirvəsi müharibə illərinə təsadüf etməsinə baxmayaraq, o, heç nəyə peşman deyildi. Əksinə, o dövrün həm sənəti, həm də şəxsi üçün ən məhsuldar vaxt olduğunu söyləyib.
Leyla Bədirbəyli ən çox “Arşın mal alan” musiqili komediyasından Gülçöhrə obrazı ilə yadda qalıb. Bədirbəylinin eyni dərəcədə diqqəti cəlb edən başqa əsərləri də var - “Sevil”, “Dəli Kür”, “Bir gözəl gün”, “Bizim küçənin oğlanları” və sair.

Böyük aktrisa 1999-cu ildə vəfat edib. O, Azərbaycan SSR xalq artisti adına, eyni zamanda kino və teatr sahəsində nailiyyətlərinə görə II dərəcəli Stalin mükafatına layiq görülüb.

Nəcibə Məlikova:

Azərbaycan kinosunun ən parlaq ulduzu olan Nəcibə Məlikova öz dövrünün gözəllik etalonu hesab olunur. O, 1921-ci ildə Bakının Buzovna kəndində anadan olub. Qız sənətinin və istedadının həmişə yüksək qiymətləndirildiyi ailədə böyüyüb.

Nəcibə 1951-ci ildə Teatr İnstitutunu bitirsə də, səhnədə çıxış etməyə çox erkən (1938-ci ildə) başlayıb. Bakıda müxtəlif teatrlarda, həmçinin “Azərbaycanfilm” kinostudiyasında çalışıb.
Bu illər ərzində o, bir çox tamaşalarda parlaq obrazlar yaradıb. Ona görə də kino aktrisası kimi daha da məşhurlaşıb, amma fəaliyyəti teatrla da qırılmaz şəkildə bağlıdır.

Dövlət Film Fondunun direktoru, Azərbaycanın Əməkdar İncəsənət Xadimi, kinorejissor Cəmil Quliyevin istedadlı aktrisa haqqında dediklərindən:

“O, həm komik, həm də dramatik obrazlarda eyni dərəcədə uğurla reinkarnasiya olunan istedadlı aktrisa idi. O, bu sənəti mükəmməl şəkildə mənimsəyib. Nəcibə bir çox qadınların sevimlisinə çevrildi, çünki onlar onun qəhrəmanlarında özlərini tanıdılar".

Nəcibə Məlikovanın “Ögey ana” filmindəki möhtəşəm ifası sayəsində bu filmə indi də sevilə-sevilə baxılır, üstəlik, birdən çox azərbaycanlı nəsil orada yetişdirilib. Təəssüf ki, xəstəlik aktrisaya uzunömürlülük şansı verməyib. O, 1992-ci ildə vəfat edib.

Nəcibə Məlikova Bakıdakı Fəxri Xiyabanda dəfn edilib.

Nərgiz Birk-Petersen:

O, Azərbaycanın tanınmış jurnalisti, teleaparıcısı və şərhçisidir. 1976-cı ildə Bakıda anadan olub. İlk dəfə televiziyada cəmi 16 yaşında görünüb. 2012-ci ildə isə o vaxt Bakıda keçirilən "Eurovision"a aparıcılıq edib.
Əsl istedadı gizlətmək mümkün olmadığından, artıq tələbəlik illərində Nərgiz Xəzər Universitetində tələbə televiziyasında ingilisdilli reportyor işləyirdi. Diplomunu aldıqdan sonra ABŞ-a getməyə qərar verib və orada hüquq təhsili alıb.

Nərgiz hüquq dərəcəsi alıb, Rusiya və ABŞ-da öz ixtisası üzrə işləyib.

Nərgiz danimarkalı Ulrik Birk-Petersenlə ailə qurub. Cütlüyün üç övladı var və onlar Birləşmiş Ərəb Əmirliklərində yaşayırlar.

Brilliant Dadaşova:

Azərbaycanın xalq artisti, estrada müğənnisi, pianoçu və teleaparıcı. 1959-cu ildə Bakıda doğulub. Atası istedadlı memar, anası isə qarmon ifaçısı olub. O, hələ orta məktəbdə oxuyarkən yaradıcılığa və sənətə xüsusi həvəslə yanaşdığına görə sinif yoldaşlarından fərqlənib.

Brilliant ilk dəfə 1983-cü ildə səhnədə çıxış edib. Tezliklə təkcə istedadına deyil, həm də cazibəsinə heyran olan pərəstişkarlar ordusuna sahib olub. Dadaşova müxtəlif müsabiqələrə qatılıb, tanınmış bəstəkar Eldar Mansurovla əməkdaşlıq edib. 1986-cı ildə isə Azərbaycan Radio və Televiziyasının Simfonik Orkestrinin solisti seçilib. 

Brilliant Dadaşova - Akif İslamzadə dueti hər zaman olduğu kimi, pərəstişkarlarının yaddaşında həkk olunub. Onların ifa etdiyi "Həyatda hər şey yaxşıdır" bəstəsi əsl hitə çevrilib. Bundan sonra Brilliant Ümumittifaq Musiqi Müsabiqəsində qalib gəlib, karyerası inkişaf etdirməyə başlayıb. Sənətçi təkcə Vətən ərazisində deyil, onun hüdudlarından çox-çox uzaqlarda da çıxış etməyə dəvət olunub.

Müğənni ailə qurandan sonra da, həyat yoldaşı onu bütün işlərində dəstəkləyib. Cütlüyün bir oğlu var.

Aida Mahmudova:

Bu gözəl qız 1982-ci ildə Bakıda anadan olub. 2006-cı ildə Londonda Mərkəzi St. Martin İncəsənət və Dizayn Kollecini, üç ildən sonra isə Amerika Qitələrarası Universitetini bitirib.

2011-ci ildə Mahmudova YARAT qeyri-kommersiya incəsənət təşkilatını təsis edib. O, dəfələrlə yaradıcılıq üçün pulu qohumlarından və dostlarından deyil, bankdan aldığına diqqət çəkib. 2012-ci ildən Aida Bakıda Müasir İncəsənət Muzeyinin direktorudur.

Aidanın əsərləri beynəlxalq sərgidə nümayiş etdirilib. O, heykəltəraşlıq və rəssamlıqla məşğul olur, sürətlə inkişaf edən ölkəsinin ən unudulmuş, gizli guşələrini tutmağa çalışır. 2015-ci ildə ABŞ-da Leila Heller Qalereyasında Mahmudova "Ötüb keçmək" adlı ilk fərdi sərgisini açıb. Sərgidə yeddi əsər nümayiş olunub.

Hazırda bir qız övladı olan sənətçi Azərbaycanın ən gözəl qızlarının TOP-25-indədir.