Bakıda 8-ci Beynəlxalq Yoqa Günü qeyd edilib

11:47 22.06.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hindistan səfirliyi “Azadi Ka Amrit Mahotsav” təşəbbüsü çərçivəsində dünən 8-ci Beynəlxalq Yoqa Gününü qeyd edib.

Səfirlikdən Hafta.az-a verilən məlumata görə, beynəlxalq Yoqa Günü ərəfəsində Səfirlik 9 əsas yoqa tədbiri təşkil edib. İyun ayı ərzində Bakıda, Quba və Lənkəranda yoqa sessiyaları keçirilib. Bakıdakı yoqa tədbirləri iyunun 4-də Velotrekdə, iyunun 5-də Qobustanda, iyunun 8-də Atəşgah Məbədi Dövlət Tarix-Memarlıq Qoruğunda, iyunun 10-da Yanardağ Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda, iyunun 18-də İçərişəhərdə və iyunun 19-da İçərişəhərdə yerləşən “Yoga Shahi Studio”sunda təşkil olunub. İyunun 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında Azərbaycan Gənclər Fondu və “The Art of Living” beynəlxalq təşkilatı ilə birgə, eləcə də iyunun 13-də Lənkəran Olimpiya İdman Kompleksində Azərbaycan Gənclər Fondu ilə birlikdə yoqa sessiyaları keçirilib.

Dünən Hindistan Səfirliyində baş tutmuş 8-ci Beynəlxalq Yoqa Gününündə tanınmış yoqa müəllimləri – “The Art of Living” beynəlxalq təşkilatından cənab Kənan Məmmədov, “Sivananda Yoga” məktəbindən cənab Elçin Quliyev və “Yoga Shahi Studio”sundan Sabinə xanım Şahi yoqa seanslarına rəhbərlik ediblər. Əsas Yoqa Günü tədbirində 200-ə yaxın yoqa həvəskarı və məktəbli uşaqlar iştirak ediblər.

Hindistanda yaranmış qədim fiziki, əqli və mənəvi təlim olan yoqa hazırda bütün dünyada müxtəlif formalarda tətbiq olunur və onun məşhurluğu artmaqda davam edir. Yoqanın qlobal məşhurluğu nəzərə alınaraq, 2014-cü il dekabrın 11-də Birləşmiş Millətlər Təşkilatı qətnamə qəbul edərək 21 iyun tarixini Beynəlxalq Yoqa Günü elan edib. O vaxtdan bəri yoqanın bir çox faydaları haqqında məlumatlılığı artırmaq məqsədilə iyunun 21-i dünya üzrə Beynəlxalq Yoqa Günü kimi qeyd olunur.

Builki Yoqa Gününün mövzusu “İnsanlıq üçün Yoqa” olub.

Oxunma sayı 340
Mədəniyyət rubrikasından digər xəbərlər