Yazını böyüt
Yazını kiçilt
Almaniyanın “Bayer” (Leverkuzen) komandası baş məşqçisi Erik ten Haq ilə yollarını ayırıb.
Hafta.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bildirilib 55 yaşlı mütəxəssislə müqaviləyə vaxtından əvvəl xitam verilib.
Niderlandlı çalışdırıcı ilə bu ilin may ayında 2 illik müqavilə imzalanmışdı.
Qeyd edək ki, “Bayer” Bundesliqada 2 turdan sonra 1 xalla 12-ci pillədə qərarlaşıb.