Yazını böyüt
Yazını kiçilt
Beynəlxalq Muğam Mərkəzi Özbəkistan Mədəniyyət Nazirliyinin dəvəti ilə “Ləzgi” Beynəlxalq Musiqi Festivalında iştirak edəcək.
Bu barədə hafta.az-a Beynəlxalq Muğam Mərkəzindən bildirilib. Xəbərə görə, festival çərçivəsində BMM-nin solistlərinin konserti 28 aprel tarixində Xivə şəhərində keçiriləcək. Festivaldan əlavə də BMM-nin solistlərinin Özbəkistanın müxtəlif şəhərində konsert proqramları nəzərdə tutulub.