Bu çörək sexinin fəaliyyəti dayandırıldı - FOTO

16:06 11.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəmkir şəhərinin 20 Yanvar küçəsində fəaliyyət göstərən “Nənəmin təndiri” çörək emalı müəssisəsində yoxlama aparılıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən hafta.az-a verilən məlumata görə, yoxlama zamanı istehsal müəssisəsində sanitariya norma və qaydalarına riayət edilmədiyi, texniki normativ-hüquqi aktların tələblərinin pozulduğu aşkar olunub. Həmçinin müşayətedici sənədləri olmayan toyuq əti və yararlılıq müddəti qeyd edilməyən toyuq farşı aşkarlanıb.

Müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, sahibkar barəsində inzibati protokol tərtib olunub.