Bu ərazilərdə suyun verilməsində məhdudiyyət olacaq - Siyahı

16:10 02.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ölkə ərazisində yağıntılı hava şəraiti səbəbindən Kür çayında bulanıqlığın həddən çox artması ilə əlaqədar Kür Sutəmizləyici Qurğularının fəaliyyətində müvəqqəti fasilə yaranıb. Bununla əlaqədar Hacıqabul və Şirvan şəhərlərinə, Bakının Qaradağ rayonuna içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə hafta.az-a “Azərsu” ASC-dən bildirilib.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.