Ceymi Vardi ilk dəfə legioner həyatı yaşayacaq

13:27 02.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İtaliyanın "Kremoneze" klubu 38 yaşlı hücumçu Ceymi Vardini transfer etdiyini rəsmən açıqlayıb.

Hafta.az xəbər verir ki, ingiltərəli futbolçu ilə müqavilə 30 iyun 2026-cı ilədək nəzərdə tutulub və müəyyən şərtlər yerinə yetirildiyi halda müddətinin uzadılması imkanı var.

Bu, Vardinin İngiltərədən kənarda çıxış edəcəyi ilk klubdur. O, uzun illər "Lester" klubunun (2012-2025) formasını geyinib, bu komandada İngiltərə çempionluğu, ölkə kuboku və Superkuboku qazanıb.

Vardi daha əvvəl "Halifaks Taun" və "Flitvud Taun" klublarında da çıxış edib.