DİN-in əməkdaşları Ulu Öndərin məzarını ziyarət ediblər

13:39 12.12.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə nazirliyin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər.

Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Nazirliyin əməkdaşları Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla anıblar.