Yazını böyüt
Yazını kiçilt
Azərbaycanlı hakim Elçin Məsiyev növbəti dəfə Niderland millisinin oyununa təyinat alıb.
Hafta.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat verib. O, 2026-cı il dünya çempionatının seçmə mərhələsində keçiriləcək Litva – Niderland oyununun baş hakimi olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək. Matçın VAR hakimləri Fransadan Benoi Millo və Metyu Vernis olacaq.
G qrupunun görüşü sentyabrın 7-də Kaunas şəhərində yerləşən “Daryus və Qirena” stadionunda keçiriləcək.