Elektron siqaret öskürək və nəfəs darlığı yaradır

09:25 18.04.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Elektron siqaretdən müntəzəm istifadə edən insanlarda görülən ilk sağlamlıq problemləri öskürək və nəfəs darlığıdır.

Hafta.az-ın yazdığına görə, bu xəbərdarlıq immunoloq alim Nikolay Kruçkov tərəfindən verilib. Ekspert bildirib ki, bu simptomlar gələcəkdə ciddi tənəffüs çatışmazlığına səbəb ola bilər.

Kruçkov Lenta.ru-ya açıqlama verərkən deyib: "Veypdən istifadə edən insanlarda ilkin olaraq quru və ya bəlğəmli öskürək yaranır. Daha sonra nəfəs darlığı olmasa belə, xüsusilə fiziki gərginlik zamanı rahat nəfəs ala bilməmək hissi yaranır. Bu zaman keçdikcə fiziki dözümlülüyün azalmasına səbəb olur".

Mütəxəssis qeyd edib ki, bu simptomlar zamanla irəliləyir və xroniki tənəffüs çatışmazlığına çevrilir. Bundan əlavə, nikotinin təsirindən təkcə tənəffüs sistemi deyil, ürək-damar sistemi və sinir sistemi də zədələnməyə başlayır.

"Əvvəlcə nəfəs darlığı yalnız məşq zamanı baş verir, lakin zaman keçdikcə istirahət zamanı da baş verə bilər. Bu proses uzun müddət ərzində sistematik olaraq orqanizmə təsir edən ciddi sağlamlıq böhranına çevrilə bilər", - Kruçkov bildirib.