Yazını böyüt
Yazını kiçilt
Cari ilin yanvar-iyul aylarında vətəndaşlar tərəfindən Dövlət Gömrük Komitəsinə 2 milyon 427 min 239 elektron müraciət daxil olub.
Komitədən hafta.az-a bildirilib ki, daxil olan müraciətlər arasında fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi üzrə elektron sadələşdirilmiş bəyannamənin qəbulu, gömrük əməliyyatları və ya gömrük prosedurları ilə bağlı ödəniləcək gömrük ödənişlərinin həyata keçirilməsi çoxluq təşkil edib.