Hazırda 32 dərəcə isti var - Faktiki hava

16:38 18.03.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hazırda ölkə ərazisinin bəzi yerlərində şimal-qərb küləyi əsir. Küləyin sürəti Qəbələdə 30 m/s, İsmayıllıda 24 m/s, Daşkəsəndə 21 m/s, Qobustanda 20 m/s, Goranboy, Laçında 19 m/s, Mingəçevir, Şahdağ, Bakı və Abşeron yarımadasında 18 m/s, Gədəbəy və Füzulidə 16 m/s, Şəkidə isə 14 m/s-dək güclənib.

Bu barədə hafta.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 32, Naxçıvan MR-da 24, Aran rayonlarında 31, dağlıq rayonlarda 24 dərəcəyədək isti qeydə alınıb.