Yazını böyüt
Yazını kiçilt
“Sentyabr və ya oktyabr ayı ərzində “Miss İndia 2018” gözəllik yarışmasının qalibi olmuş Hindistan gözəli Suman Çellani Azərbaycana gələcək”.

Bunu hafta.az-a eksklüziv müsahibəsində “Discover Azerbaijan” və “Walkabout Grup” şirkətlərinin rəhbəri Maneş Şah deyib.

“Həm də Bollivud ulduzu olan Suman Cellaninin Azərbaycana səfərini təsadüfi təşkil etmədik. Çünki onun çox böyük izləyici kütləsi var. Hesab edirəm ki, xanım Cellaninin Bakıdan paylaşımları əsl bomba effekti yaradacaq və nəticədə Azərbaycanı görmək istəyənlərin sayı artacaq. Bu da dolayısıyla Azərbaycanın turizm sektoruna valyuta qazandıracaq”, - deyib cənab Maneş Şah.