Yazını böyüt
Yazını kiçilt
Ağstafa Rayon İcra Hakimiyyətinin gördüyü iş sözün əsl mənasında fiasko ilə üzləşib.
Belə ki, rayonun girişinə yazılmalı olan “Ağstafa” sözü yanlışlıqla “Ağtafa” kimi verilib.
Hafta.az-a daxil olan məlumata görə, Bakı-Qazax magistralının kənarındakı lövhəyə həkk olunan yazıdakı nöqsan tez bir zamanda aradan qaldırılacaq və iddialara görə səhv icra hakimiyyətinin yox, rayonun giriş hissəsinə lövhəni bərkidən ustaların günahı ucbatından baş verib.