İdmançımız dünya çempionu oldu

21:35 21.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın yunan-Roma güləşçisi Ziya Babaşov Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatında qızıl medal qazanıb.

Hafta.az xəbər verir ki, 63 kiloqramda çıxış edən idmançı finalda moldovalı Vitali Yeryomenkoya 6:3 hesabı ilə qalib gələrək dünya çempionu tituluna yiyələnib.

Qeyd edək ki, mundiala oktyabrın 27-də yekun vurulacaq.