Laçında 1,2 ton çətənə kolu məhv edilib

13:23 27.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində rayonun Hoçaz kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan Hafta.az-a bildirilib ki, keçirilən tədbirlər zamanı ümumi çəkisi 1 ton 200 kiloqram olan 782 çətənə kolu məhv edilib.

Faktla bağlı tədbirlər davam etdirilir.