Yazını böyüt
Yazını kiçilt
Hindistan telekanallarında yayımlanan ən uzun ekran əsərlərindən biri olan "Yeh Rishta Kya Kehlata Hai" serialında rol alan Vaişali Thakkardan acı xəbər gəlib.

Hafta.az-ın məlumatına görə, 29 yaşlı gənc aktrisa İndordakı evində özünü asaraq intihar edib.
İstintaq zamanı məşhur aktrisanın cəsədinin yanında intihar qeydi tapılıb. Onun çox təlatümlü eşq macərası yaşadığı bəlli olub.

Aktrisa Keniyada yaşayan cərrah Abhinandan Singh ilə nişanlı olub.

Hazırda intihar hadisəsi Tejaji Nagar polis bölməsi tərəfindən araşdırılır.