Məşhur müğənni haqqında filmin treyleri yayımlandı - BİR SAATA MİLYON BAXIŞ

10:27 16.09.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Mərhum müğənni Uitni Hyuston haqqında "Biri ilə rəqs etmək istəyirəm" adlı bioqrafik filmin ilk treyleri yayımlanıb. Video yayımlandıqdan bir neçə saat sonra bir milyondan çox baxış toplayıb.

Hafta.az bildirir ki, süjetin mərkəzində Uitni Hyustonun karyerasının inkişafı dayanır. Biopikada baş rolu aktrisa Naomi Ekki canlandırıb. Stenli Tuççi filmdə Nyu-York şəhərinin gecə klubunda Hyustonu kəşf edən əfsanəvi prodüser Klayv Devis rolunda çıxış edəcək.

Filmin prodüserliyini indi 90 yaşı olan Devis özü edib. Filmin rejissoru Kasi Lemmons, ssenari müəllifi Anthony McCartendir.

Whitney Houston 11 fevral 2012-ci ildə Beverly Hilton otelində vanna otağında ölüb.