MOK kollektivi Zəfər parkını ziyarət edib

21:36 27.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

27 Sentyabr Anım Günü ilə əlaqədar Milli Olimpiya Komitəsinin kollektivi Zəfər parkını ziyarət edib.

Hafta.az Milli Olimpiya Komitəsinin (MOK) mətbuat xidmətinə istinadən xəbər verir ki, MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə, Zemfira Meftaxetdinova, Fərid Mansurov, MOK-un İcraiyyə Komitəsinin üzvləri, Olimpiya çempionları və idman ictimaiyyətinin nümayəndələri Zəfər abidəsi önünə gül dəstələri düzərək, şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsinin başlandığı gün - 27 sentyabr Anım Günü kimi qeyd edilir.