Muğam Televiziya Müsabiqəsinin finalı və qala-konserti Şuşada keçiriləcək

10:36 30.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən VIII Muğam Televiziya Müsabiqəsinin finalı avqustun 5-də Şuşada olacaq.

Fonddan hafta.az-a verilən məlumata görə, avqustun 6-da isə Cıdır düzündə Müğam Televiziya Müsabiqəsinin qala konserti keçiriləcək. Konsertdə indiyə kimi keçirilən 8 muğam televiziya müsabiqəsi qaliblərinin ifaları səslənəcək. Çıxışlar illər üzrə duet şəklində təqdim olunacaq.

Qeyd edək ki, müqabiqənin seçim turları regionları əhatə etməklə aprelin 9-dan başlayıb. Yarışma isə mayın 10-dan start götürüb. Müsabiqə həftədə 2 dəfə olmaqla Azərbaycan Televiziyasının canlı efirində 15 həftə ərzində yayımlanıb.

Muğam Televiziya Müsabiqəsi 2005-ci ildən etibarən təşkil olunur. Builki müsabiqədə azyaşlı iştirakçılar da iştirak edib. Final gecəsində münsiflər heyətinin məşvərətindən sonra hər iki qrup üzrə qaliblər elan olunacaq.

Oxunma sayı 127
Mədəniyyət rubrikasından digər xəbərlər