Onlar millimizlə oyunu buraxa bilərlər

11:20 08.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fransa millisinin iki aparıcı futbolçusu Kilian Mbappe ("Real Madrid") və İbrahima Konate ("Liverpul") DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan yığması ilə oyunu buraxa bilər.

Hafta.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Bildirilib ki, zədədən əziyyət çəkən hər iki oyunçu milli komandanın son iki məşqində iştirak etməyib. Bu səbəbdən onların meydana çıxması sual altındadır. Daha əvvəl Bredli Barkolyanın eyni səbəbdən Azərbaycan və İslandiya ilə matçlarda oynamayacağı dəqiqləşib. Onun əvəzinə komandaya "Lans"ın hücumçusu Floryan Toven dəvət edilib.

Seçmə mərhələdə oktyabrın 10-da Azərbaycan millisini qəbul edəcək Fransa yığması həmin oyundan 3 gün sonra səfərdə İslandiyanın qonağı olacaq.