Qaxın bu kəndlərinin qazı kəsiləcək 

15:54 17.04.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabah Qax rayonunun qaz təchizatında fasilə yaranacaq.

Bu barədə hafta.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, İstehsalat Birliyinin Zaqatala Regional Qaz İstismar İdarəsinin Qax xidmət sahəsində Qax qazpaylayıcı stansiyasında (QPS) istismara yararsız d-200 mm-lik siyirtmənin əvəzlənməsi, Turaclı kəndində d-250 mm-lik siyirtmənin quraşdırılması, Alatəmir kəndində d-273 mm-lik orta təzyiqli qaz xəttinin deformasiyaya uğramış hissəsinin əvəzlənməsi ilə əlaqədar aprelin 18-də saat 09:30-dan etibarən şəhər və 26 kəndinin qaz təminatının dəyandırılması planlaşdırılır.

İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.