Yazını böyüt
Yazını kiçilt
Qaraxanlılar dövləti zamanında ilk dəfə türkcəyə çevrilən və Beynəlxalq Türk Akademiyası tərəfindən nəşr edilən müqəddəs Quran kitabı Şuşa məscidinə hədiyyə edilib.
IX Qlobal Bakı Forumu çərçivəsində Şuşa şəhərində keçirilən tədbirlərə qatılan Akademiya prezidenti Darxan Kıdırali Quran kitabını Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasova təqdim edib.
Müqəddəs kitabın İstanbulda saxlanılan nüsxəsinin faksimil nəşri olan Qurana ön sözü Türkiyə prezidenti Recep Tayyip Erdoğan yazıb.