Region klubuna yeni baş məşqçi təyin edilib

18:10 04.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan II Liqasında mübarizə aparan “Şəki”nin baş məşqçisi müəyyənləşib.

Hafta.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

UEFA Pro lizensiyalı Bəhmən Həsənovla 1+1 illik müqavilə imzalanıb.

Samet Yılmaz Aker qapıçılar üzrə məşqçi, Zeynal Hüseynov isə köməkçi məşqçi təyin olunub.

Qeyd edək ki, Bəhmən Həsənov “Muğan” və “Rəvan” klublarının baş məşqçisi olub.