Şövkət Ələkbərovanın xatirəsi yad ediləcək

14:36 21.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dekabrın 1-də Heydər Əliyev Sarayında “Əbədiyaşarlar” layihəsi çərçivəsində XX əsr Azərbaycan ifaçılıq sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Şövkət Ələkbərovanın 100 illiyi münasibətilə xatirə gecəsi keçiriləcək.

Sarayın mətbuat xidmətindən hafta.az-a bildirilib ki, gecədə unudulmaz sənətkarın repertuarından tanınmış incəsənət xadimlərinin ifasında mahnılar səsləndiriləcək.

Konsertə biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.