Yazını böyüt
Yazını kiçilt
Basketbol üzrə Türkiyə millisi bu gün Avropa çempionatının A qrupunda son oyununa çıxacaq.
Hafta.az xəbər verir ki, yığma Serbiya seçməsi ilə üz-üzə gələcək. Görüşün qalibi qrup mərhələsini lider kimi tamamlayacaq.
Latviyanın paytaxtı Riqada yerləşən “Xiaomi Arena”da keçiriləcək matç Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.
Bu gün, həmçinin Monteneqro Böyük Britaniyanı, Litva İsveçi, Finlandiya Almaniyanı, Estoniya Portuqaliyanı, Çexiya Latviyanı sınağa çəkəcək.
Turnirin 1/8 final oyunları sentyabrın 6-7-də, 1/4 final qarşılaşmaları ayın 9-10-da, yarımfinal matçları isə 12-də təşkil olunacaq. Avropa çempionunu müəyyənləşdirəcək final və üçüncülük görüşləri sentyabrın 14-də baş tutacaq.