U-21 millisi Şotlandiya ilə bərabərə qaldı

21:21 14.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində B qrupunun növbəti oyununu keçirib.

Hafta.az xəbər verir ki, komandamız Bakıda Şotlandiya yığması ilə qarşılaşıb.

Oyunda qalib müəyyənləşməyib. Komandalar hərəyə 3 dəfə fərqləniblər. Qonaqların 2 oyunçusu oyununu gedişində qırmızı vərəqə ilə meydandan qovulub.

Avropa çempionatının seçmə mərhələsi

Azərbaycan (U-21) - Şotlandiya (U-21) - 3:3

Qollar: Xəyal Əliyev, 7, 49-pen; Şahin İbrahimov, 79 - Devid Uotson, 33, Lyuk Qrem, 44, Semuel Klipp Hardinq, 90+1

“Dalğa Arena”