Ukraynada son sutkada koronavirusa 889 nəfər yoluxdu - 12 ölü

13:05 02.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukraynada son sutkada koronavirusa 889 nəfər yoluxub, 12 nəfər isə ölüb.

Hafta.az xəbər verir ki, ən çox yoluxma Lvov, Zakarpatya, Donetsk, Volın və Rıvnə vilayətlərində qeydə alınıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 45 min 887 nəfərə çatıb. Virusdan ölənlərin ümumi sayı 1185 nəfərdir.

Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti iyulun 31-dək uzadılıb. Kiyev və 13 bölgədə karantin vəziyyəti sərtləşdirilib.

Oxunma sayı 1616
Gündəm rubrikasından digər xəbərlər