Vaqif Əsədov dəfn edilib

14:02 20.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın görkəmli teatr rejissoru, xalq artisti, ssenari müəllifi, aktyor Vaqif Əsədov dəfn edilib.

Hafta.az-ın xəbərinə görə, dəfndə mərhumun ailə üzvləri, yaxınları, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Xalq artisti “Qurd qapısı” qəbiristanlığında, oğlunun yanında dəfn olunub.

Qeyd edək ki, Vaqif Əsədov dünən vəfat edib.