Yazını böyüt
Yazını kiçilt
“Hesablama Palatasının nəzarət tədbirlərinin icra səviyyəsi 70%-dən yuxarı olub”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
Sədr qeyd edib ki, maliyyə və uyğunluq auditləri üzrə aşkar edilmiş nöqsanlara münasibət üzrə rəylər üç cür olub.
“Rəylərin 8,1% müsbət, 67,6%-i şərti müsbət, 24,3%-i isə mənfi olub. Hesablama Palatasının nəzarət tədbirləri üzrə qərarların icra səviyyəsi 70%-dən yuxarı olub. 52 kollegiya qərarı ilə təsdiq edilmiş 467 tədbirin 172-si tam, 37-si qismən icra edilib, 65-i icra olunmayan, 193-ü isə qanunvericiliklə müəyyən edilmiş müddəti bitməyən tədbirlərdən ibarət olub".