Yenidən leysan yağacaq - Xəbərdarlıq

12:11 23.04.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda və Abşeron yarımadasında aprelin 23-ü axşam, 24-də gecə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Bu barədə hafta.az-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağıntının qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur.