"Atam məni qucaqladı və dedi ki, aktyorlar ölmür" - Cavidan Novruz

23:18 09.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xalq artisti Ramiz Novruzun aktyor oğlu Cavidan Novruz atası ilə bağlı xatirəsini izləyiciləri ilə bölüşüb.

Hafta.az axşam.az-a istinadən xəbər verir ki, o, uşaq yaşlarında atasının rol aldığı tamaşada öldürüldüyünü gördükdən sonra çox sarsıldığını qeyd edib: 

"Bir dəfə uşaq vaxtı atamın tamaşasına gedib baxmışdım və sonda obraz olaraq onu öldürürdülər. Mənim 7-8 yaşım olardı, çox sarsılmışdım, hönkür-hönkür ağlamışdım. Atam məni qucaqladı və dedi ki, “Dəlisən? Aktyorlar ölmür ki...“. O sözə nədənsə çox inanmışdım və müəyyən yaşa qədər elə bilirdim. Amma o vaxt anlamamışdım ki, o sözü cismən demir! İki gündür yaman çox darıxıram...".