2024-cü ilin ən güclü pasportları

09:05 19.12.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

2024-cü ildə dünyanın ən güclü pasportlarının siyahısı açıqlanıb.

Hafta.az-ın yazdığına görə, maraqlıır ki, ən güclü pasportların əksəriyyəti məhz böyük iqtisadi qüvvəyə malik ölkələrə aiddir.

Ən güclü pasportlara sahib ölkələrin ilk onluğunu diqqətə çatdırırıq:

1. Sinqapur pasportu ilə 195 ölkəyə getmək olur, 2. Finlandiya pasportu 192 ölkədə tanınır, 3. Fransa pasportu ilə 192 ölkəyə səfər etmək mümkündür.

Dördüncü yerdə olan Almaniya pasportu ilə 192, beşinci pillədəki İtaliya pasportu ilə 192, altıncı yerdə qərarlaşan Yaponiya pasportu ilə 192, yeddinci sıradakı Cənubi Koreya pasportu ilə 192, səkkizinci pillədəki İspaniya pasportu ilə 192, siyahının doqquzuncusu olan Avstriya pasportu ilə 191, ilk onluğun sonuncusu olan Hollandiya pasportu ilə isə 191 ölkəyə giriş mümkündür.