Altı cüdoçumuz medal qazanıb

20:49 11.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstanın Aktau şəhərində cüdo üzrə Açıq Asiya Turniri start götürüb.

Hafta.az xəbər verir ki, yarışın ilk günündə 6 cüdoçumuz medalçılar sırasında yer alıb.

Tofiq Məmmədov (-66 kiloqram) və Gültac Məmmədəliyeva (-52 kiloqram) bütün rəqiblərinə qalib gələrək beynəlxalq yarışın qalibi olub. Hüseyn Allahyarov (-60 kiloqram) ilə Ülviyyə Bayramova (-57 kiloqram) gümüş medala yiyələniblər. Elşən Əsədov (-66 kiloqram) və İbrahim Əliyev (-73 kiloqram) millimizin aktivinə bürünc medal yazdırıblar.

Açıq turnirə milli komandamız 25 cüdoçu ilə qatılıb.