Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulacaq

10:42 10.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün futbol üzrə Azərbaycan Kubokunda I təsnifat mərhələsi başa çatacaq.

Hafta.az xəbər verir ki, ikinci oyun günündə iki görüş təşkil olunacaq. “Göygöl” evdə “Şəmkir”i, “Quba” isə “Xankəndi”ni qəbul edəcək. Hər iki qarşılaşma saat 14:00-da başlayacaq.

Qeyd edək ki, ötən gün reallaşan matçlarda "Ağstafa Gəncləri" "Şirvan"ı (1:0), "Qaradağ Lökbatan" "Ağdaş"ı (8:0) "Şəki Siti" "Araz-Saatlı"nı (3:2), "Dinamo" isə əlavə vaxtda "Kür-Araz"ı (3:2) məğlub edərək II təsnifat mərhələsinə vəsiqə qazanıb.