Azərbaycanın futzal üzrə FİFA referisi bu oyunlara təyinat alıb

10:58 23.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın futzal üzrə FİFA referisi Knyaz Əmiraslanov təyinat alıb.

Azərbaycan Futzal Federasiyasından Hafta.az-a bildirilib ki, o, UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü qrupunun oyunlarında ədaləti qoruyacaq. Həmyerlimiz oktyabrın 29-da “Benfika” (Portuqaliya) – “Loznika-Qrad” (Serbiya) oyununda ikinci, həmin gün baş tutacaq “Riqa” (Latviya) - “Luxol St.Andreus” (Malta) görüşündə üçüncü hakim olacaq.

K.Əmiraslanov oktyabrın 30-da keçiriləcək “Luxol St.Andreus” - “Loznika-Qrad” qarşılaşmasında isə birinci hakim futnksiyasını yerinə yetirəcək. Qrupun 3-cü turunun oyunlarına təyinatlar hələ açıqlanmayıb.

Bu qrupun oyunları Maltanın Qzira şəhərində keçiriləcək.