Bakıda və Abşeronda külək güclənib - FAKTİKİ HAVA

18:40 05.01.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 5-i saat 17:30-a olan məlumatına əsasən bəzi yerlərdə şimal-qərb küləyi arabir güclənib.

Xidmətdən hafta.az-a verilən xəbərə görə, küləyin sürəti narıncı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında 23 m/s, sarı xəbərdarlığa uyğun olaraq Neftçalada 20 m/s, Şirvanda 16 m/s-dir.

Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 2.5 metrə çatıb. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 8, Aran rayonlarında 16, Naxçıvan MR-da və dağlıq rayonlarda 8 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 4 dərəcəyədək şaxta qeydə alınıb.