Bəzi bölgələrdə güclü külək əsib - FAKTİKİ HAVA

09:36 18.12.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dekabrın 18-i saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Bəzi yerlərdə güclü qərb küləyi əsib.

Bu barədə hafta.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilir ki, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti Bakıda və Abşeron yarımadasında və Şəkidə 25 m/s, Naftalanda 24 m/s, Ağsuda 22 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Ağdam, Şahdağ, Kəlbəcər, Bərdədə 20 m/s, Şabran, Mingəçevir, Tərtər, Daşkəsən, Altıağac, Qəbələdə 18 m/s, Yardımlıda 17 m/s, Zəngilanda 15 m/s-dək güclənib.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6, Aran rayonlarında 3 dərəcəyədək isti, Naxçıvan MR-da 7, dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.