Bəzi rayonlarda yollarda görünüş məsafəsi məhdudlaşacaq

16:04 13.04.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Aprelin 14-də avtomobil yollarında görünüş məsafəsinin məhdudlaşması gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən hafta.az-a verilən xəbərə görə, dağlıq və dağətəyi rayonlarda görünüş məsafəsi 500-1000 metrədək azalacaq.

Aprelin 14-də bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

Sürücülərə aşağıdakı tədbirlərə əməl etmələri tövsiyə olunur:

  • Sürət həddini hava şəraitinə uyğun tənzimləmək
  • Dumanlı hava şəraitində uzaq məsafəni görmək üçün duman işıqlarından istifadə etmək
  • Digər nəqliyyat vasitələri ilə təhlükəsiz məsafəni qorumaq
  • Yol nişanlarına və xəbərdarlıqlara diqqət yetirmək