Bu rayonda qaz kəsiləcək

15:48 14.04.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabah Bərdə şəhərinin bəzi küçələrində qaz təchizatında fasilə yaranacaq.

Bu barədə hafta.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, aprelin 15-də saat 11:00-da Bərdənin Koroğlu küçəsindən Gəncə küçəsinə qədər təmir işlər aparılacaq. Tərtər Regional Qaz İstismar İdarəsinin Bərdə xidmət sahəsində xidməti ərazisində yerləşən "Bərdə" qazpaylayıcı stansiyasından qidalanan adıçəkilən küçələrdə yeni qeyri-əhali abonentinə məxsus qaz xəttinin şəbəkəyə qoşulması məqsədilə daxildən dayandırılması nəzərdə tutulub. Təmir yekunlaşanadək qaz təminatının dayandırılması planlaşdırılıb.

Qaz təchizatının dayanması ilə əlaqədar 880 abonentin qaz təchizatında fasilə yaranacaq.