Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib

21:33 06.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avqustun 6-da günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmənin növbəti PUA-sı dərhal aşkar olunaraq məhv edilib.

Oxunma sayı 3175
Gündəm rubrikasından digər xəbərlər