Futbolçumuz İspaniya klubu ilə müqavilə BAĞLADI

15:33 01.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanəsilli futbolçu Raul Allahverdiyev İspaniyada oynayacaq.

Hafta.az xəbər verir ki, Qazaxıstanda dünyaya gələn və hazırda bu ölkənin U-19 yığmasında çıxış edən Allahverdiyev İspaniyanın "Rayo Valyekano" klubu ilə müqavilə imzalayıb. O, bu klubun C komandasında oynayacaq. Orada özünü göstərəcəyi təqdirdə, əsas komandaya qədər yüksəlmək şansı olacaq.