Güləşçimiz qızıl medal qazanıb

18:12 04.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında güləş yarışlarının ikinci gününün ilk azərbaycanlı medalçısı bəlli olub.

Hafta.az bildirir ki, Gəncə Olimpiya İdman Kompleksində təşkil olunan yarışlarda Azərbaycan təmsilçisi Rəvan Həsənzadə (48 kiloqram) qızıl medalın sahibi olub.

Final görüşləri davam edir.

Xatırladaq ki, III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.