İranda Novruz bayramı günlərində yol qəzasında 747 nəfər həlak oldu

10:25 03.04.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rəsmi məlumatlara görə, İranda Novruz bayramının davam etdiyi son 18 gündə baş verən 14178 yol qəzasında 747 nəfər həyatını itirib, 16905 nəfər isə yaralanıb.

Hafta.az-ın yazdığına görə, İran Polisinin Trafik Şöbəsinin baş direktoru Timur Hüseyni açıqlamasında bildirib ki, ən çox ölümlə nəticələnən qəzalar Kirman, Fars, Xorasani Rezəvi, Xuzistan və Sistan-Bəlucistan əyalətlərində baş verib.

Bildirilib ki, Kirmanda 66, Farsda 64, Xorasani Rezəvidə 53, Xuzistanda 48, Sistan-Bəlucistanda 46 nəfər yol qəzalarında həyatını itirib.

Qəzaların əksəriyyəti sürücülərin diqqətsizliyi və ötmə əməliyyatlarının düzgün aparılmaması nəticəsində baş verir.

İranda Novruz bayramı ilə əlaqədar 4 günlük tətil elan edilsə də, bir çox vətəndaşlar illik məzuniyyətlərini birləşdirərək tətil müddətini 2 həftəyə qədər artırırlar. Bu vəziyyət şəhərlərarası yollarda sıxlığın artmasına və ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur.