Yazını böyüt
Yazını kiçilt
İtaliyanın ölkəmizdəki səfiri Augusto Massari bu gün Səhiyyə naziri Oqtay Şirəliyevlə görüşüb.
Hafta.az yazır ki, görüşün məqsədi koronavirusla mübarizədə İtaliya və Azərbaycan tərəfindən həyata keçirilən tədbirlərlə bağlı fikir mübadiləsi aparmaq olub. Azərbaycan tərəfi İtaliyanın təcrübəsini öyrənməkdə maraqlı olduğunu bildirib.
Bu günkü dialoq onkologiya, ortopediya və biotəbabət kimi sahələri özündə birləşdirən səhiyyə sektorunda artıq mövcud olan ikitərəfli əlaqələrə əsaslanır. Bu fəaliyyətlərdən bəziləri İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi ilə Azərbaycan Respublikası Milli Elmlər Akademiyası arasında mövcud olan və yaxın zamanlarda elmi-texniki əməkdaşlıq çərçivəsində imzalanacaq sazişə əlavə edilib.